Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən “Zirə” dünən ilk yoxlama oyununu keçirib.
İdmanxeber.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşıb. Matç 3:3 hesablı bərabərliklə başa çatıb.
Görüşün ardından rəqibin rəsmi saytında oyunla bağlı yazı dərc edilib. Yazıda “qartallar”ın çıxışı yüksək qiymətləndirilib:
“Təlim-məşq toplanışını çox keyfiyyətli futbol oynayan bir rəqiblə keçirilən yoldaşlıq oyunu ilə yekunlaşdırdıq. Azərbaycan çempionatında üçüncü pillədə qərarlaşan “Zirə” heyətində Azərbaycan millisinin dörd üzvü və bir neçə yüksək səviyyəli legioner futbolçu ilə meydana çıxdı. Oyunun müəyyən hissələrində çətin anlar yaşasaq da, effektiv hücumlarımız sayəsində yadda qalan heç-heçə əldə etdik”.