RU

İran Rusiyaya 3 milyard dollarlıq raket və dron satıb

İran Rusiyaya təxminən 3 milyard dollar dəyərində raket satıb.

Ölkə.az “Bloomberg”ə istinadən xəbər verir ki, təchizatlara ballistik raketlər, hava hücumundan müdafiə sistemləri və “Shahed” dronları daxildir.  

Nəşr yazıb ki, İran Ukraynaya tammiqyaslı hücumundan əvvəl Rusiya ilə 2021-ci ilin oktyabr ayında təxminən 2,7 milyard dollar dəyərində raket müqavilələri imzalayıb. Müqavilə şərtlərinə yüzlərlə Fəth-360 qısa mənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli ballistik raket, hava hücumundan müdafiə sistemlərinə qoşulmuş təxminən 200 yer-hava raketi daxildir.
İran həmçinin Rusiyaya milyonlarla sursat və artilleriya mərmisi, eləcə də “Shahed-136” kamikaze dronları və onları Rusiyada “Geran-2” adı altında istehsal etmək texnologiyası ilə təchiz edib. 2023-cü ilin əvvəlində imzalanan dron müqaviləsinin dəyəri 1,75 milyard dollardır.

Mürtəza

Избранный
69
olke.az

1Источники