RU

Maliyyə Nazirliyi QHT lərə müraciət edib

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycandakı qeyri-hökumət təşkilatları (QHT-lər) aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidir.Newscenter.az xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilib.Hesabatların forması və təqdim olunma qaydası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq olunub və nazirliyin internet səhifəsində yerləşdirilib. Hesabatların alınması "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram"ı vasitəsilə həyata keçirilir.Bunun üçün www.qht-hesabat.maliyye.gov.az saytında qeydiyyatdan keçilməklə illik maliyyə hesabatları elektron qaydada təqdim edilməlidir.Maliyyə hesabatlarının təqdim edilməməsi İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
10
newscenter.az

10Источники