Qlobal investisiya bankı "Goldman Sachs" qlobal neft qiymətlərinin daha əvvəl proqnozlaşdırıldığı kimi sürətli deyil, daha gec və mərhələli şəkildə bərpa olunacağını açıqlayıb.
Marja xəbər verir ki, buna görə də bank 2027‑ci il üçün Brent və ABŞ xam neft (WTI) üzrə qiymət proqnozlarını hər biri barel üçün təxminən 5 dollar azaldıb.
Belə ki, indi 2027‑ci il üçün Brent nefti üçün orta illik qiymət 58 dollar/barel, WTI üçün isə 54 dollar/barel gözlənilir. Bu proqnoz əvvəlki gözləntilərlə müqayisədə daha aşağı səviyyədir. Bu dəyişiklikin əsas səbəbi ABŞ, Venesuela və Rusiyadan artan neft təklifi proqnozlarının yüksəldilməsidir.
"Goldman Sachs" 2026‑cı il üçün qiymət proqnozlarını isə dəyişməyib: bank 2026‑da Brent üçün orta 56 dollar/barel və WTI üçün orta 52 dollar/barel səviyyəsini gözləyir və bazarda gündəlik təxminən 2,3 milyon barellik təklif artığı proqnozlaşdırır.