RU

Azərbaycan İsrailin təcrübələrini öyrənəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsrailə səfəri çərçivəsində nümayəndə heyəti bu ölkənin aparıcı heyvandarlıq müəssisələrində və süd emalı zavodlarında tətbiq olunan qabaqcıl təcrübələrlə tanış olub.

Azreform.info xəbər verir ki, müəssisələrdə keçirilən görüşlər zamanı İsrailin kənd təsərrüfatı, xüsusilə heyvandarlıq sahəsində tətbiq etdiyi qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, heyvandarlıq üzrə ixtisaslaşmış elmi-tədqiqat institutları arasında səmərəli əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə olunub.

Qeyd edilib ki, İsrailin heyvandarlıq sahəsində mövcud elmi-tədqiqat potensialından istifadə və bu sahədə innovativ yanaşmaların Azərbaycanın kənd təsərrüfatında tətbiqi məhsuldarlığın artırılmasına, damazlıq işinin təkmilləşdirilməsinə və istehsal proseslərinin daha səmərəli təşkilinə imkan yarada bilər. Bu əməkdaşlığın gələcək mərhələdə birgə layihələrin icrası, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də heyvandarlıq sektorunda dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Избранный
45
6
azreform.info

9Источники