RU

Ukraynanın müdafiə naziri Denis Şmıqal vəzifəsindən azad edildi

Ukraynanın Ali Radası müdafiə naziri Denis Şmıqalın istefasını dəstəkləyib.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə parlament üzvü Yaroslav Jeleznyak Telegram-da məlumat yayıb.

"Rada Denis Şmıqalı müdafiə naziri vəzifəsindən azad etdi", - deyə deputat bildirib.

İstefanı parlamentin 265 üzvü dəstəkləyib. Xatırladaq ki, yanvarın 3-də Ukrayna lideri Volodimir Zelenski Şmıqalın baş nazirin müavini və energetika naziri vəzifələrinə namizədliyini irəli sürüb. Şmıqalın təyinatı hələlik qanunvericilər tərəfindən müzakirə olunmayıb.

İlahə Qənbərli

Missiya.Az

Избранный
130
5
missiya.az

10Источники