İranda iki həftədən artıq davam edən etiraz aksiyaları zamanı güc strukturlarını zor tətbiq etməməyə çağıran prezident Məsud Pezeşkian inqilabi addım atıb.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“Hökumət etirazları qəbul edib və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb. Prezident isə onlarla birbaşa görüşüb”, - deyə nazir qeyd edib.