RU

Kanselo rəsmən “Barselona”da

“Barselona” portuqaliyalı müdafiəçi Joao Kanselonu heyətinə qatdığını rəsmən elan edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kataloniya təmsilçisi 31 yaşlı futbolçunu cari mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilənin maliyyə detalları açıqlanmayıb. Kanselonun tam müqaviləsi hələ də Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna məxsusdur.

2024-cü ilin yayından Səudiyyə klubunda çıxış edən Joao Kanselo daha əvvəl də “Barselona”da forma geyinib.

Müdafiəçi cari mövsümdə “Əl-Hilal”ın heyətində bütün turnirlərdə 6 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı portuqaliyalı oyunçunun bazar dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Fransa millisinin sabiq üzvü karyerasını bitirib

"Fənərbaxça" Türkiyə kuboku oyununa 5 itki ilə çıxacaq

“Qalatasaray”dan transfer bombası: “İnter”in ulduzu üçün 35 milyon avro

Tedesko: “Nkunkunun Türkiyəyə gəlməsi real görünmür”

17 yaşlı hücumçu Premyer Liqa klubunda

Избранный
35
2
apasport.az

3Источники