İranda etirazlarda təxminən 2000 nəfər ölüb. Metbuat.az “Trthaber”ə istinadən xəbər verir ki, bu barədə İran rəsmisi açıqlama verib. İranın Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscidi Arani bildirib ki, etirazçıların əksəriyyəti silahlı terrorçular tərəfindən hədəfə alınıb. İran dövlət televiziyasının məlumatına görə, Arani bildirib ki, onların xeyli hissəsi həyati orqanları hədəf alınmaqla, ov tüfəngləri ilə yaxın məsafədən atəş açılmaqla və ya iti silahlarla öldürülüb. Qeyd edək ki, Tehranın Böyük bazarında yerli valyutanın xarici valyutalara qarşı yüksək devalvasiyası və iqtisadi problemlər səbəbindən başlayan etirazlar ölkənin bir çox şəhərində müşahidə edilir. Etirazlarda 10 mindən çox insanın saxlanıldığı irəli sürülür.