RU

Bu qidalarla bağlı onkoloq çağırış ETDİ

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Transyağlarla zəngin qidalanma qadınlarda hormonal fonu dəyişə və döş xərçənginin inkişafı üçün şərait yarada bilər.

Redaktor.az xəbər verir ki, bu barədə onkoloq-mammoloq Maqomed İmanşapiyev gazeta.ru-ya müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, rasionda transyağların həddindən artıq olması estrogen hormonunun səviyyəsinin artmasına səbəb olur. O qeyd edib ki, estrogen qadın sağlamlığı üçün vacibdir, lakin normadan artıq olduqda hüceyrələrin sürətlə bölünməsini stimullaşdırır və bu da onkoloji xəstəliklərin riskini yüksəldir. İmanşapiyev əlavə edib ki, bu tip yağların əsas mənbələri adətən qırmızı ət, kərə yağı, fast food məhsulları, qızardılmış yeməklər və hazır souslardır.

Onkoloq vurğulayıb ki, xərçəngin profilaktikası üçün yağları tamamilə rasiondan çıxarmaq lazım deyil, çünki yağlar karbohidratlar, zülallar və digər maddələr kimi orqanizm üçün vacibdir. Bununla belə, onun fikrincə, rasionda balans qorunmalı, qidalanmanın əsas hissəsini bitki mənşəli məhsullar, tərəvəzlər, meyvələr, göyərti və dənli bitkilər təşkil etməlidir.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
76
1
redaktor.az

2Источники