RU

Uitkoff İranın sonuncu şahının oğlu ilə gizli görüşKEÇİRDİ

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İran müxalifətinə rəhbərlik edən, İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ilə gizli görüş keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Yüksəkvəzifəli amerikalı rəsminin sözlərinə görə, görüş ötən həftəsonu baş tutub. Portalın məlumatına əsasən, bu, İranda kütləvi etirazlar və iğtişaşlar başladıqdan sonra ABŞ administrasiyası ilə müxalif qüvvələr arasında yüksək səviyyədə baş tutan ilk belə təmasdır.

Axios yazır ki, Rza Pəhləvi rejimin mümkün süqutu halında özünü keçid dövrünün lideri kimi təqdim etməyə çalışır.

Xədicə BAXIŞLI

Избранный
90
5
redaktor.az

9Источники