RU

UEFA ofsayd qaydasının dəyişdirilməsi təklifini dəstəkləməyib

Bakı. Trend:

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) ofsayd qaydasınındəyişdirilməsi təklifini rədd edib.

Trend xəbər verir ki, bubarədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Daha əvvəl İspaniyanın AS qəzeti Beynəlxalq FutbolAssosiasiyaları Şurasının (IFAB) yanvarın 20-də ofsayd qaydalarınıdəyişdirməyi nəzərdən keçirəcəyini bildirmişdi.

Hazırda, hücum edən oyunçunun bədəninin hər hansı bir hissəsiötürmə anında rəqibin qapısına qapıçı da daxil olmaqla, sonuncudansonrakı müdafiəçidən daha yaxındırsa, ofsayd hesab olunur.

Избранный
137
4
az.trend.az

7Источники