RU

Tramp neftin bu qiymətə satılmasını istəyir

ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin bir barel üçün 53 dollara düşməsini istəyir.

Publika.az xəbər verir ki, bu barədə Tramp Miçiqandakı "Ford" zavoduna səfəri zamanı jurnalistlərə bildirib.

"Hazırda bir barel üçün 58 dollar səviyyəsindəyik, mən 53 dollar görmək istərdim", - o bildirib.

Xatırladaq ki, yanvarın əvvəlində Tramp Venesuelanın müvəqqəti hökumətinin ABŞ-a 30-50 milyon barel neft verəcəyini açıqlamışdı. Ağ Ev rəhbəri neftin bazar qiymətləri ilə satılacağını və əldə edilən gəlirin Venesuela və ABŞ xalqlarının həyatını yaxşılaşdırmaq üçün istifadə olunacağını bildirib.

Избранный
45
7
publika.az

9Источники