RU

COP-29: Azərbaycanın yaşıl enerji ehtiyatları dünya iqtisadiyyatının diqqət mərkəzindədir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) 2024-cü ilin noyabr ayında Bakıda keçirilməsi Azərbaycanın siyasi, iqtisadi, hüquqi imkanlarının dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilməsi hesab oluna bilər.

Bunu AZƏRTAC-a müsahibəsində BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı söyləyib. A.Ağbabalı bildirib ki, beynəlxalq əhəmiyyətli COP-29 tədbiri ekoloji təmiz enerji sisteminin Azərbaycanın enerji təsərrüfatı ilə əlaqəsinin yaradılması baxımından çox vacibdir: “Çünki Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. Odur ki, bu beynəlxalq əhəmiyyətli tədbirin gələn il ölkəmizdə keçirilməsinin siyasi və iqtisadi dəyəri Beynəlxalq İqlim Dəyişikliyi əsrində böyük elmi-nəzəri və praktiki əhəmiyyəti ilə ölçülməlidir”.

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətindən danışan dekan deyib: “Bu Sərəncamda irəli gələn məsələlərin həlli Azərbaycan üçün 5 milli prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”, istilik effekti yaradan qazların emissiyalarının 35 faizə çatdırılması, üç iqtisadi rayonun (Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan) yaşıl enerji zonası elan olunması və yaşıl enerjinin dünya bazarlarına çıxarılması, yerli və qlobal səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verəcək.
Избранный
485
50
ekologiya.az

10Источники