RU

Yaponiyada qızılın qiyməti rekord dərəcədə bahalaşıb

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaponiyada ABŞ Prezidenti Donald Tramp tərəfindən sərt tənqid edilən Federal Ehtiyat Sisteminin müstəqilliyinin azalması ilə bağlı narahatlıqlar fonunda qızılın qiyməti rekord həddə çatıb.

"Report" xəbər verir ki, ölkənin ən böyük qiymətli metal ticarəti şirkətlərindən biri olan "Tanaka kikinzoku" qızılın bir qramının qiymətini 26 000 yen (163 ABŞ dolları) səviyyəsində müəyyən edib.

Qeyd edək ki, "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin fevralında çatdırılmaqla qızıl fyuçersinin dəyəri bir troya unsiyası üçün 4 600 dollar səviyyəsinə çataraq tarixi maksimumu yeniləyib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
58
3
cebheinfo.az

4Источники