RU

İrandakı hadisələr Azərbaycandan daşımalara təsir edib?

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

İranda başlayan qarşıdurmalar Azərbaycandan bu ölkəyə dəmir yolu ilə daşımalara təsir etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Qeyd edilib ki, Şimal-Cənub dəhlizi üzrə İran istiqamətində yük daşımaları davam etdirilir:

“Ötən il Şimal-Cənub dəhlizi ilə 665 min ton yük daşınıb. Astara Terminalında 13 min TEU-dan çox konteyner yükü aşırılıb ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə təqribən 65 faiz çoxdur”.

Qeyd edək ki, 2025-ci ili dekabrın 28-dən İranda milli valyutanın kəskin dəyər itirməsi fonunda ölkədə etiraz dalğası başlayıb. Bu kütləvi etiraz dalğası iki həftədən çoxdur ki, ölkəni cənginə alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
71
3
bakivaxti.az

4Источники