Bakı. Trend:
Ermənistan Xarici İşlər Nazirliyi “Beynəlxalq sülh və rifahnaminə Tramp marşrutu” (TRIPP) layihəsinin icra qaydasını müəyyənedən sənədi dərc edib.
Trend xəbərverir ki, sənəd Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanilə ABŞ dövlət katibi Marko Rubio arasında ötən gün Vaşinqtondakeçirilmiş görüşün yekunlarına əsasən təqdim olunub.
Bildirilir ki, bu sənəd Ermənistan və ya ABŞ üçün hüquqibaxımdan məcburi öhdəliklər yaratmır və çərçivə xarakteridaşıyır.
Mətnə görə, TRIPP çərçivəsi Ermənistan ərazisindən keçənmultimodal tranzit qarşılıqlı əlaqənin işə salınması mexanizminitəsvir edir. Layihə maneəsiz tranziti təmin etməyə, Azərbaycanınəsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyə vəTransxəzər ticarət marşrutunun mühüm həlqəsini formalaşdırmağayönəlmiş infrastruktur təşəbbüsü kimi təqdim olunur.
XİN-də qeyd olunur ki, layihənin icrası suverenlik, ərazibütövlüyü və qarşılıqlılıq prinsiplərinə əsaslanır. Son məqsədErmənistan və Azərbaycanın təhlükəsizliyinin və iqtisadiinkişafının möhkəmləndirilməsi, həmçinin Mərkəzi Asiya, Xəzərdənizi və Avropa arasında regional ticarətin və tranzitimkanlarının genişləndirilməsi kimi göstərilir.
Layihənin icrası üzrə əsas müddəalar:
TRIPP-in inkişafı üzrə şirkətinyaradılması.
ABŞ-ın nəzarət paketinə malik olacağı və əsas məsələlər üzrəErmənistanın nəzarət mexanizmlərinin nəzərdə tutulduğu strukturunformalaşdırılması planlaşdırılır.
Müddətlər və iştirak payları.
49 il müddətinə tikinti və istismar hüququ olan model nəzərdənkeçirilir, əlavə olaraq daha 50 il uzadılma imkanı da mövcuddur.İlkin mərhələdə ABŞ-a 74 faiz, Ermənistana isə 26 faiz pay təklifolunur. Müddətin uzadılması halında Ermənistanın payının 49 faizəqədər artırılması perspektivi qeyd edilir.
Mülkiyyət strukturununrazılaşdırılması.
Səhmdarların tərkibində və son benefisiarlarda edilən hər hansıdəyişiklik Ermənistan və ABŞ hökumətləri ilə əvvəlcədənrazılaşdırılmalıdır.
İnfrastruktur üzərində müstəsnahüquqlar.
Şirkət tranzit marşrutları çərçivəsində dəmir yolu və avtomobilyollarını, həmçinin onlarla əlaqəli enerji və rəqəmsalinfrastrukturu planlaşdırmaq, tikmək, istismar etmək və xidmətgöstərmək hüququna malik olacaq.
Gəlirlər və maliyyələşmə mənbələri
Mümkün gəlir mənbələri kimi infrastruktura çıxış haqları,marşrut boyunca kommersiya fəaliyyəti, daşınmaz əmlakın icarəsi vəinkişafı, xidmət haqları, eləcə də xüsusi təyinatlı təşkilatlarıngəlirləri göstərilir.
Suverenlik və nəzarət
Ayrı bir bölmədə vurğulanır ki, Ermənistan aşağıdakısəlahiyyətləri özündə saxlayır:
- öz ərazisində qanunvericilik, tənzimləyici və məhkəməyurisdiksiyası;
- milli təhlükəsizlik və hüquq-mühafizə fəaliyyətinənəzarət;
- gömrük və sərhəd nəzarəti, həmçinin vergilərin, rüsumların vədigər məcburi ödənişlərin yığılması səlahiyyətləri.
Sərhəd və gömrük prosedurları
Çərçivə sazişi “front-ofis – back-ofis” modelinin tətbiqininəzərdə tutur. Şirkətlə müqavilə əsasında çalışan özəl operatorlarmüştəri funksiyalarını (sənədlərin toplanması, məsləhət,koordinasiya, ödənişlərin emalı) yerinə yetirə bilərlər. Lakingömrük rəsmiləşdirilməsi, təhlükəsizlik, miqrasiya vəhüquq-mühafizə nəzarəti üzrə yekun qərarlar Ermənistanın dövlətorqanlarının səlahiyyətində qalır. Suveren funksiyalarınötürülməsinin nəzərdə tutulmadığı xüsusi vurğulanır.
Eyni zamanda, riskə əsaslanan yoxlamaların, gömrük və sərhədüzrə rəqəmsal sistemlərin, “vahid pəncərə” mexanizmlərinin,əvvəlcədən rəsmiləşdirmə üzrə pilot layihələrin və elektron sənəddövriyyəsinin tətbiqi, eləcə də resurslar olduğu təqdirdə ABŞ-ındəstəyi ilə kadrların hazırlanması planları açıqlanır.
Kompleks sərhəd idarəetməsi
Ermənistan müasir kompleks sərhəd idarəetmə təcrübələrinintətbiqini davam etdirməyi planlaşdırır. ABŞ bu prosesə texnikiyardım göstərə bilər, o cümlədən:
- risk qiymətləndirilməsinə əsaslanan yoxlama və gömrükrəsmiləşdirmə prosedurları;
- müasir yoxlama texnologiyaları;
- rəqəmsal gömrük və sərhəd sistemləri;
- qurumlararası əlaqələndirilmiş proseslər;
- erməni dövlət qulluqçularının peşə bacarıqlarınıninkişafı.
Pilot layihələr
Ermənistan aşağıdakı sahələrdə optimallaşdırma məqsədilə pilotlayihələr həyata keçirməyi planlaşdırır:
- əvvəlcədən gömrük rəsmiləşdirilməsi prosedurları;
- rəqəmsal sənəd dövriyyəsi və emalı;
- sərhəd-keçid məntəqələrində “vahid dayanacaq”konsepsiyası;
- texnologiyaların tətbiqi ilə risklərin qiymətləndirilməsi;
- qonşu ölkələrlə razılaşdırılmış sərhəd idarəetməsi.
Xatırladaq ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistan, ABŞvə Azərbaycan liderləri münaqişənin sülh yolu ilə nizamlanmasınadair birgə bəyannamə imzalayıblar. ABŞ prezidentinin sözlərinəgörə, Ermənistan “Tramp marşrutu” (TRIPP) çərçivəsində marşrutuninkişafı üçün Ştatlara 99 ilə qədər müddətə eksklüziv uzunmüddətlihüquqlar təqdim edəcək (layihə Ermənistan qanunvericiliyi əsasındafəaliyyət göstərəcək). Azərbaycan bu marşrut vasitəsilə Naxçıvanlaquru əlaqəsi yaratmağı planlaşdırır. ABŞ tərəfi isə torpağıninfrastruktura və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyəverilməsini nəzərdə tutur.