RU

Təcrübə keçmək üçün Qurban Qurbanovun yanına gəlir

style='margin-bottom:10px;'>

Monteneqro yüksək liqa təmsilçisi “Sutyeska” futbol klubunun baş məşqçisi Dejan Jeleniç Azərbaycana gələcək.

QOL.az Monteneqro mediasına istinadən xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis “Fudbal fest” verilişində qonaq olarkən bildirib.

Dejan Jeleniç A kateqoriyalı məşqçi lisenziyası üzrə təhsil çərçivəsində təcrübə keçəcəyini də açıqlayıb. Onun sözlərinə görə, bu təcrübənin bir hissəsi Azərbaycan çempionu “Qarabağ” klubunda olacaq:

“Peşəkar inkişaf bizim üçün vacibdir. Təcrübə üçün "Qarabağ"a gedəcəyəm. İlk əlaqəni və bütün zəruri məsələlərdə dəstəyi mənə Marko Yankoviç göstərdi. Düşünürəm ki, bu, mənim üçün faydalı olacaq və öyrəndiklərimi daha sonra "Sutyeska"da tətbiq edəcəyəm”.

Qeyd edək ki, “Qarabağ”ın futbolçusu Marko Yankoviç həm də Monteneqro millisinin üzvüdür. Dejan Jeleniçin Qurban Qurbanovun yanında təcrübə keçməsində onun böyük rolu olacaq.

Избранный
70
1
teleqraf.com

2Источники