RU

...nəticədə məhsulun qiyməti yüksəlir İqtisadçı

525.az saytına istinadən ain.az xəbər verir.

“Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəşt artıq qüvvədən düşüb. Belə ki, 2017-ci ildən bəri 5 faiz səviyyəsində tətbiq olunan idxal rüsumu bu ildən yenidən 15 faizə qaldırılıb. Rüsum üzrə güzəştin ləğv edilməsi qiymət artımlarını şərtləndirir. İstənilən rüsum və vergi artımı avtomatik olaraq məhsulun qiymətinin üzərinə gəlir”.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a bildirib.

O qeyd edib ki, hələlik, bazarda köhnə rüsumla daxil olan yağlar var. Onlar bazardan tükəndikcə ölkəyə gətirilən yağların qiymətində artım olacaq:

“Rüsum, gömrük və ya vergi artımı avtomatik olaraq məhsulun maya dəyərinə əlavə olunur. Nəticədə məhsulun qiyməti yüksəlir. Kərə yağının qiyməti onsuz da yüksəkdir, bundan sonra ən azı 8-10 faiz bahalaşma gözlənilir. Köhnə ehtiyatlar tükəndikdən sonra, martdan etibarən bazarda daha ciddi artım müşahidə olunacaq".

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
89
525.az

1Источники