AFFA “İstiqlal” klubunu Region Liqasından kənarlaşdırıb.
Msport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Ötən il dekabrın 28-də keçirilməli olan “İstiqlal” – “Sabirabad” oyunu meydan sahiblərinin təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb. Nəticədə “İstiqlal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın yarışdan kənarlaşdırılmasına qərar verilib.