RU

Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanında keçiriləcək Halal Foruma dəvət olunurlar

14-16 fevral 2026-ci il tarixlərində Səudiyyə Ərəbistanının Məkkə şəhərində 3-cü Məkkə Halal Forumu keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasının məlumatına görə, "Halal - Peşəkar Sənaye" mövzusuna həsr olunacaq forum halal qida, əczaçılıq, yüngül sənaye, turizm, islam maliyyəsi, elektron ticarət, rəqəmsal xidmətlər və digər sahələrdə qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunacağı platformadır.

Forum çərçivəsində dəyirmi masa, B2B görüşlər, halal məhsul və xidmətlərin sərgisi təşkil olunacaq.

Azərbaycan sahibkarları forumda iştiraka dəvət olunurlar.

Избранный
76
vergiler.az

1Источники