RU

AFFA "İstiqlal"ı çempionatdan kənarlaşdırdı

AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb.

Fanat.Az xəbər verir ki, bu qərar qurumun İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.

Ötən il dekabrın 28-də keçirilməli olan "İstiqlal" – "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda stadionda olmaması səbəbindən baş tutmayıb.

Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komanda çempionatdan çıxarılıb.

Ötən il dekabrın 29-da AFFA Region Liqasında keçirilməli olan "Xocalı" - "Gəncə" görüşünün təkrar oynanılmasına qərar verilib. Buna səbəb hər iki komandanın oyun formasının eyni olduğuna görə matçın baş tutmamasıdır.

Избранный
26
1
fanat.az

2Источники