RU

Ötən ilin ən yaxşı fransalı baş məşqçisinin adı açıqlandı

2025-ci ilin ən yaxşı fransalı baş məşqçinin adı açıqlanıb.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, nüfuzlu "France Football" jurnalının hər il keçirdiyi ənənəvi sorğunun nəticələrinə əsasən, "Lill" klubunun baş məşqçisi Bruno Jenezio 53 xalla 2025-ci ilin ən yaxşı fransalı baş məşqçisi seçilib.

50 yaşlı mütəxəssisin əvvəllər "Lion" və "Renn" kimi klublarda da uğurlu iş təcrübəsi var və o, fransız məşqçilik məktəbinin ən istedadlı nümayəndələrindən biri hesab olunur.

İngiltərə Çempionşipində çıxış edən "Sanderlend"in baş məşqçisi Rejis Le Bri 36 xalla ikinci pillədə qərarlaşıb.

"Çelsi"nin qadınlardan ibarət komandasının baş məşqçisi Sonya Bompastor isə 24 xalla üçüncü yerdə qərarlaşıb. 44 yaşlı Bompastor əvvəllər "Lion" qadın komandasını UEFA Çempionlar Liqasının qalibi etməyi bacarmışdı və onun "Çelsi"də də böyük uğurlar əldə etməsi gözlənilir.

"Cebheinfo.az"

Избранный
160
cebheinfo.az

1Источники