BAKI, 14 yanvar. TELEQRAF
Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş təsdiqlənib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qanun imzalayıb.
Qanuna əsasən, 2025-ci il oktyabrın 15-də Uqandanın paytaxtı Kampala şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” qüvvəyə minib.