RU

Bakıda ana qızını bıçaqladı



Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

aia.az xəbər verir ki, Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Səbirə Kazımova anası ilə mübahisə edib. Nəticədə S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

aia.az



Избранный
83
2
aia.az

3Источники