RU

Putin Braziliya Prezidenti ilə Venesuelanı müzakirə etdi

BAKI, 14 yanvar. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin braziliyalı həmkarı Luis İnasio Lula da Silva ilə telefonla danışıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, telefon danışığı Braziliya tərəfinin təşəbbüsü ilə baş tutub.

Liderlər Venesuela ətrafındakı vəziyyətə diqqət yetirərək, cari beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Liderlər Latın Amerikasında və digər bölgələrdə gərginliyin azaldılmasına kömək etmək üçün səyləri əlaqələndirməyə davam etmək barədə razılığa gəliblər.

Избранный
148
teleqraf.com

1Источники