RU

ABŞ yaxın 24 saat ərzində İrana zərbə endirə bilər – "Reuters"

ABŞ yaxın 24 saat ərzində İrana zərbə endirə bilər – "Reuters"

ABŞ-ın yaxın 24 saat ərzində İrana qarşı hərbi əməliyyata başlayacağı ehtimalı yüksəkdir.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə avropalı və israilli mənbələr məlumat veriblər.

Mənbələrin sözlərinə görə, Vaşinqton İran ətrafında vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda birbaşa müdaxiləyə çox yaxındır.

Agentliyin israilli mənbəsi qeyd edib ki, ABŞ prezidenti Donald Trampın müdaxilə ilə bağlı qərarı artıq verdiyi ehtimalı yüksəkdir.

Əməliyyatın miqyası və dəqiq vaxtı ilə bağlı mənbələrin heç biri dəqiq məlumat verməyib.

Избранный
29
afn.az

1Источники