RU

Saksofonda ifa üzrə dünya rekordu vurdu

Yazını böyüt
Yazını kiçilt

Portuqaliyalı saksofonçu Elvis Nunyes Souza saksofonda ən uzunmüddətli ifa üzrə dünya rekordunu yeniləyib.

Hafta.az bildirir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında xəbər verilir.

O, Madeyra Müasir İncəsənət Muzeyində 33 saat ərzində çıxış edib. Elvisin repertuarına 73 kompozisiya daxil olub.

Bundan əvvəlki rekord hindistanlı Maysure Saynathi Subbalakşmiyə məxsus olub. O, 2023-cü ilin fevralında 26 saat 23 dəqiqə ərzində saksofonda ifa etmişdi.

Избранный
41
hafta.az

1Источники