RU

Rza Pəhləvidən vədlər: Azad İran nüvə proqramını dayandıracaq və İsraili tanıyacaq

ain.az, Gununsesi saytına istinadən bildirir.

“Azad İran təhlükəsizlik və xarici siyasət sahəsində İranın nüvə hərbi proqramına son qoyulacaq. Terrorçu qruplara dəstək dərhal dayandırılacaq. Terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik ticarəti və ekstremist islamçılıqla mübarizədə regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edəcək”.

Gununsesi.info  xəbər verir ki, bu fikirləri İran şahının sonuncu varisi Rza Pəhləvi “X” hesabında yazıb.

O bildirib ki, hazırkı rejim süqut edəcəyi halda İran bölgədə dost və sabitləşdirici güc kimi çıxış edəcək və qlobal təhlükəsizlikdə məsuliyyətli tərəfdaş olacaq:

“Diplomatiya sahəsində ABŞ ilə münasibətlər normallaşdırılacaq, Amerika və onun xalqı ilə dostluq bərpa ediləcək. İsrail dövləti dərhal tanınacaq. Azad İranı, İsraili və ərəb dünyasını bir araya gətirəcək “İbrahim razılaşmaları”nın “Kir razılaşmaları” ilə genişləndirilməsi istiqamətində çalışacağıq”, – deyə o qeyd edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
123
icma.az

1Источники