Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi bu gün saat 11:00-də keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat veriblər.
O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Xatırladaq ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. O, ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Milli.Az