Vətəninfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının ən yaşlı sakini Nasir əl-Vədai 142 yaşında vəfat edib. Səudiyyə mətbuatında yer alan xəbərlərə görə, əl-Vədai Səudiyyə monarxiyasının qurulmasından əvvəl, 1884-cü ildə anadan olub. Mütəxəssislər hesab edirlər ki, onun uzunömürlülüyünün sirri həyatı boyu riayət etdiyi pəhriz olub.
O, az yeyir, pəhrizi çox incə üyüdülməmiş buğda unundan hazırlanmış çörək, bal, kişmiş, əridilmiş yağdan ibarət idi və içki kimi ayranı üstün tuturdu. Fiziki gücü ilə tanınırdı və hətta ömrünün son illərində belə ictimai fəaliyyətini davam etdirirdi. Üç dəfə evləndi. Onun 134 övladı, nəvəsi, nəticəsi və s. var idi.