RU

DSMF sədri: Ötən il aztəminatlı ailələrə 420 milyon sosial yardım ödənilib

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

Zəka Mirzəyev: "Orta aylıq pensiya 543 manata yüksəlib"

O bildirib ki, illik əlavə olaraq 1.4 milyard manat vəsaitin ayrıldığını bu islahat zərfi çərçivəsində ötən il əməkhaqqıları ilə yanaşı, pensiya, müavinət və təqaüdlərin də artırılması təmin edilib. Z. Mirzəyev əlavə edib ki, ötən il 76 min aztəminatlı ailənin 335 mindən çox ailə üzvünə ünvanlı sosial yardım ödənilib: "Onlara 420 mln manat ünvanlı sosial yardım ödənilib. 2025-ci il dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 2025-ci il dekabrın 30-u tarixinə 200 manat ünvanlı dövlət sosial yardımı alan hər bir ailəyə ödənişlər üçün dövlət büdcəsindən 15 milyon 300 min manat ayrılıb". AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
72
2
azvision.az

4Источники