RU

Etirazlar kənardan təşkil olunub

ain.az, Azpost portalına istinadən məlumat yayır.

“Tehran sanksiyaların ləğvi müqabilində nüvə proqramının daima dinc xarakter daşıyacağına zəmanət verməyə hazırdır“.

AzPost bildirir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bunu Fox News-a verdiyi müsahibədə bildirib.

Əraqçidən İranın danışıqlar masasına qayıtmaq üçün hansı güzəştlərə getməyə hazır olduğu barədə sual verilib. O, cavabında deyib: “Nüvə proqramımızın daima dinc xarakter daşıdığına zəmanət verə bilərik. Bunun müqabilində sanksiyaların ləğv olunmasını gözləyirik.”

Müsahibədə nazir iddia edib ki, bir neçə həftədir ölkəni silkələyən nümayişlər polis və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edən və onları güllələyən xaricdən gələn terrorçu elementlər tərəfindən təşkil olunub: “Onlar polis əməkdaşlarını diri-diri yandırıblar, həm polis əməkdaşlarını, həm də adi insanları güllələyiblər. Nəticədə, artıq üç gündür ki, biz əsasən etirazçılarla deyil, terrorçularla mübarizə aparırıq”, – deyə o bildirib.

Əraqçi hadisəyə görə İsraili günahlandırıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
azpost.info

2Источники