"Arsenal" klubu baş məşqçi Mikel Artetanın müqaviləsini 2029-cu ilə qədər uzatmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat verib.
43 yaşlı ispaniyalı mütəxəssisin hazırkı sözləşməsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Klub rəhbərliyi onun işindən razıdır və uzun müddətlli əməkdaşlıqda maraqlıdır.
"Arsenal" 2025/2026 mövsümü İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci pillədədir. Komanda 21 oyundan 49 xal toplayıb. Həmçinin, Mikel Artetanın yetirmələri Çempionlar Liqasının ümumi cədvəlində də birinci sıradadır. "Topçular" 6 oyundan 18 xal qazanıblar və yalnız bir qol buraxıblar.