RU

İsraildə terrorçulara kömək edən ərəblər SAXLANILDI – ŞABAK-dan ƏMƏLİYYAT

İsraildə terrorçulara silah hissələri ötürən ərəblər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və polisi İordan çayının qərb sahilindəki yaraqlılarla əlaqəsi olan fələstinliyə silah hissələri ötürən iki Lod sakinini saxlayıb.

Təhlükəsizlik qüvvələrinin son həftələrdə keçirdiyi birgə əməliyyat zamanı 25 yaşlı Əbu Labda və Məhəmməd Amsaad dindirilmək üçün nəzarətə alınıb. Eyni zamanda, Nablus (Şxem) sakini Əhməd Avad da saxlanılıb.

İstintaq Məhəmməd Amsaadın M16 avtomatı üçün nəzərdə tutulan 500-dən çox daraqla Qərb sahilinə keçməyə cəhd edərkən yaxalanmasından sonra başlayıb.

Dindirilmə zamanı məlum olub ki, bu daraqlar yaraqlıların silahlanmasına kömək edən Əhməd Avad üçün nəzərdə tutulub.

Silah hissələrinin tədarükçüsünün Əbu Labda olduğu və Amsaadla birlikdə bu hissələri qarşı tərəfə ötürdükləri müəyyən edilib.

Güc strukturları bildirib ki, Qərb sahilinə silah və ya onun hissələrinin keçirilməsi təhlükəsizliyə birbaşa təhdiddir, çünki bu avadanlıqlar terrorçuların əlinə keçə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
59
interpress.az

1Источники