RU

Professor: Dil öz daxili imkanları hesabına inkişaf etdirilməli, kənar sözlər minimuma endirilməlidir

Bakı, 15 yanvar, AZƏRTAC

Dil məsələsi tarixən milli yaddaşımızın dirçəldilməsi və qorunması baxımından prioritet istiqamətlərdən biri olub. Tariximizin dildə öz əksini tapması, eyni zamanda müasir, intellektual inkişaf səviyyəmizin və strateji baxışlarımızın formalaşması məsələləri daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu sahədə Prezident İlham Əliyevin mövqeyi ardıcıl və prinsipialdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzulu elmi-praktik konfransda Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.

O qeyd edib ki, dil, ilk növbədə, öz daxili imkanları hesabına inkişaf etdirilməli və zənginləşdirilməlidir. Kənar sözlərə ehtiyac minimuma endirilməlidir. Burada əsas məsələ balansın qorunması, dilin təbii inkişaf yolunun təmin edilməsidir.

Dilin daim inkişaf etdiyinə, yeni sözlərin yarandığına və dilə daxil olduğuna diqqət çəkən professor N.Məmmədli sonda əlavə edib ki, bu proseslərin fonunda normativ baza da mütəmadi olaraq təkmilləşdirilməlidir.

Избранный
159
azertag.az

1Источники