Bütün müharibələrin sonu sülhlə bitir. Biz heç kimin torpağında iddialı deyilik. Biz sadəcə ora qayıtmaq istəyirik. Orada doğulmuşuq və ora da qayıdacağıq. Erməni qalmaq istəyərsə, bu, onun öz işidir.
QHT.a xəbər verir ki, bu sözləri ADPU-nin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd icmasının rəhbəri, professor Mahirə Hüseynova Şurnuxu kəndinin işğaldan azad olunmasının 5 illik yubileyinə həsr edilmiş tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə. tanıdığım ziyalılar adından deyə bilərəm ki, yalnız şəxsi maraqlara xidmət edən yolda ümumi mənafe ola bilməz:
"Biz belə bir yolun tərəfdarı deyilik və bu mövqeyimizdə israrlıyıq. Dədə-baba torpaqlarımıza qayıtmaq bizim mənəvi borcumuz, göylərdə olan ruhlara qarşı sədaqətimizin ifadəsidir. Şurnuxur, Dərələyəz, Göyçə və İrəvan bölgələri ilə bağlı 2025-ci ildə cənab Prezident çıxışlarında bu məsələyə doqquz dəfə toxunub ki, bu da az məsələ deyil. Şurnuxur məsələsini araşdırdıqda məlum olur ki, Osmanlı dövründə bu ad tarixdə Şornoxud adından törəmişdir. Burada yaşayan xalqın məntiqinin bu qədər zəif olması və bu cür adlandırma aparması inandırıcı deyil. Çünki toponimlər adətən ya tarixi türk adları ilə, ya relyeflə, ya da təbiətin qeyri-adi xüsusiyyətləri ilə bağlı olur".
Professor bildirib ki, bu cür yanaşma düzgün deyil, biz torpaqlarımıza qayıdacağıq, gənclərimiz isə yaradıcılıq və quruculuq işləri ilə məşğul olacaqlar.