RU

"Siti" Qvardiolanın yerinə onu gətirmək istəyir: Sürpriz namizəd

Bir neçə gün öncə "Real"dan ayrılan Xabi Alonso Avropanın məşqçi bazarında yenidən diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis uğursuluğa rəğmən yüksək nüfuzunu qoruyur. Onun namizədliyi İngiltərə Premyer Liqasının nəhəng klubları tərəfindən ciddi şəkildə nəzərdən keçirilir.

İspaniya mətbuatının məlumatına görə, Alonsoya “Liverpul” və “Mançester Siti” maraq göstərir. İngiltərədə hesab edirlər ki, ispaniyalı mütəxəssis ulduz futbolçularla işləməyə və iddialı layihəyə rəhbərlik etməyə hazırdır.

“Qırmızılar”da Arne Slotun nəticələrinin sabitliyi ilə bağlı suallar yaranıb, Mançester təmsilçisi isə Pep Qvardiolanın mümkün gedişinə hazırlaşırlar və Xabi Alonsonu onun əsas varisi kimi görürlər.

Избранный
102
publika.az

1Источники