RU

ABŞ regionda iqtisadi sabitliyin təhlükəsizliklə bağlı olduğunu gündəmə gətirir - ŞƏRH

Bakı, 15 yanvar, AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin TRIPP - "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsinin icra çərçivəsini qəbul etməsi Vaşinqtonun tək Ermənistan və Azərbaycan deyil, eyni zamanda, Cənubi Qafqaz və geniş regionda iqtisadi, nəqliyyat logistika əlaqələrinin genişləndirilməsinə hesablanır və ticarət marşrutlarına verdiyi əhəmiyyətin göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, bu layihə ümumiyyətlə region ölkələri arasında ticari-iqtisadi əlaqələrin daha da asanlaşması, sərhəd-keçid proseslərinin sadələşməsi tranzit imkanlarının artırılması regionda əməkdaşlıq mexanizminin daha gücləndirilməsi kimi nəzərdə tutulur.

“ABŞ regionda iqtisadi sabitliyin təhlükəsizliklə birbaşa bağlı olduğunu gündəmə gətirir. Təbii ki, bu Azərbaycan üçün çox mühüm layihədir. Zəngəzur dəhlizinin açıılması Azəbaycanın bir hissəsi olan Naxçıvanla birləşməsi deməkdir. İlk növbədə, “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizlərində əsas tranzit ölkə kimi Azərbaycanın rolu gündəmdədir. İkinci layihə regional əməkdaşlığın təşviqi ilə gündəmə gəlir, kommunikasiyaların açılması ticarət əlaqələrinin genişlənməsini gündəmdə saxlayır. Bu da təbii ki, Azərbaycanın uzun müddətli maraqları ilə üst-üstə düşən məsələdir. Azərbaycan bu cür beynəlxalq təşəbbüslərə təbii ki, suverenlik, milli maraqlar, eyni zamanda, qarşılıqlı hörmət prinsipi əsasında qiymət verir. Hər hansı regional layihənin uğuru yalnız real əməkdaşlıqdan keçir. Hər hansı siyasi manipulyasiyaya Azərbaycan birmənalı şəkildə cavab verir. Burada region ölkələrinin bərabərhüquqlu iştirakı mümkündür”, - deyə deputat vurğulayıb.

Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan bu proseslərdə ən ciddi fiqurdur, ən ciddi aktordur: “Vaşinqtonda Ermənistan tərəfi ilə keçirilən görüş, işçi qrupunun yaradılması, problemlərin həlli istiqamətində atılacaq addımlar ABŞ-ın regionda iqtisadi alətlər vasitəsilə təsir imkanlarını çoxaltmaqdan ibarətdir. Proseslər Azərbaycandan riskləri balanslı şəkildə qiymətləndirməyi tələb edir. Ən əsası isə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq”.

Избранный
159
50
azertag.az

10Источники