RU

Füzulidə ata və oğul avtomobildə boğularaq ölüb

FÜZULİ , 15 yanvar. TELEQRAF

Füzuli rayonunda ata və oğul bədbəxt hadisə nəticəsində həyatını itirib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində işləmək üçün gedən ata və oğlu avtomobili işlək vəziyyətdə saxlayaraq yatıblar. Bu zaman avtomobilin qızdırıcı sistemində yaranan karbonmonoksid qazı onların boğulmasına səbəb olub.

Hadisə nəticəsində 45 yaşlı Bayram və onun 23 yaşlı oğlu Vüsalın öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Избранный
137
teleqraf.com

1Источники