RU

Ermənistanda Zəngəzur yolu ilə bağlı hərəkətlənmə - NƏHAYƏT başlayırlar

Ermənistan baş naziri Nikol Paşinyan yanvarın 15-də hökumətin iclasında deyib ki, “Tramp yolu” çərçivəsində əldə edilən razılaşmalar mümkün qədər tez bir zamanda de-yure razılaşmaları kimi rəsmiləşdirilməlidir.

Ekologiya.az xəbər verir ki, baş nazir bunun üçün atılmalı olan addımları da sadalayıb.

“Müqavilə layihələri və lazımi hüquqi qərarlar üzərində işə başlamalıyıq. Xüsusilə, Ermənistanda TRİPP adlı bir şirkət yaradılmalıdır. Həmçinin marşrutları, inkişaf hüquqlarını, torpaqdan istifadə və tikinti icazələrini müəyyən etməliyik” - o deyib.

Ekologiya.az bildirri ki, Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirib ki, Paşinyanın səsləndirdiyi fikirlər ilk baxışdan Ermənistanın Zəngəzur dəhlizi - “Tramp yolu” məsələsində konkret addımlara keçmək niyyəti kimi təqdim oluna bilər. Lakin bu açıqlamaları real praktiki dönüş nöqtəsi kimi qiymətləndirmək üçün real addımlar atılmalıdır:

“Paşinyan ilk dəfə deyil ki, Zəngəzur dəhlizi istiqamətində “hüquqi çərçivə”, “şirkət yaradılması”, “icazələr” kimi terminlərdən istifadə edir. Bu dəfə fərqli məqam ondan ibarətdir ki, o, konkret mexanizmləri – müqavilə layihələri, hüquqi qərarlar, TRİPP adlı şirkətin yaradılmasını açıq şəkildə sadalayır. Bu, formal baxımdan praktiki mərhələyə keçidin konturları kimi görünə bilər. Lakin bu çıxışı Ermənistanın Zəngəzur yolunun açılması istiqamətində tam və qəti qərar verdiyinin göstəricisi kimi dəyərləndirmək tezdir”.

Partiya sədrinin fikrincə, real dönüş nöqtəsi yalnız o zaman baş verə bilər ki, konkret tikinti işləri başlasın, hüquqi sənədlər imzalansın, təhlükəsizlik və tranzit mexanizmləri faktiki şəkildə razılaşdırılsın:

“Bu baş vermədiyi müddətdə Paşinyanın açıqlamaları praktik addımdan çox, siyasi niyyət bəyanatı olaraq qalacaq. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Bakı öz üzərinə düşən infrastruktur və texniki işləri demək olar ki, başa çatdırıb, İrəvan isə faktiki addımlardan yayınır. Bu kontekstdə Paşinyanın açıqlaması daha çox gecikməni izah etməyə yönəlmiş siyasi bəyanat təsiri bağışlayır və yəqin ki, seçkiyə qədər real praktiki addımlar atmağa başlayacaqlar. Proses artıq başlayıb. Ermənistan Azərbaycanın mövqeyini qəbul edib”.

Избранный
139
ekologiya.az

1Источники