RU

“Qarabağ” – “Ayntraxt” matçının biletləri bu tarixdə satışa çıxır

İstanbul–Barselona reysini həyata keçirən “Türk Hava Yollarına” (THY) məxsus təyyarə, bir sərnişinin internet şəbəkəsinin adını bomba təhdidi məzmununda dəyişdirdiyinin müəyyənləşdirilməsi səbəbilə təcili eniş edib.

"Cebheinfo.az" xəbər verir ki, mövzu ilə bağlı THY tərəfindən yayımlanan açıqlamada bildirilib:

“TK1853 reys saylı İstanbul–Barselona uçuşumuzun Barselonaya yaxınlaşdığı vaxt bir sərnişinin təyyarə daxilində internet giriş nöqtəsi yaradaraq şəbəkə adını bomba təhdidi ifadə edəcək şəkildə tənzimlədiyi aşkarlanmışdır.

Bunun üzərinə uçuş təhlükəsizliyi çərçivəsində zəruri prosedurlar dərhal işə salınmışdır. Təyyarənin təhlükəsiz şəkildə enişindən sonra yoxlamalar müvafiq ölkənin səlahiyyətli qurumları tərəfindən aparılır. Proses beynəlxalq aviasiya təhlükəsizliyi qaydalarına uyğun şəkildə icra olunur”.

Hadisə zamanı sərnişinlər arasında qısa müddətli narahatlıq yaransa da, uçuş heyətinin peşəkar müdaxiləsi sayəsində vəziyyət nəzarət altına alınıb.

Təyyarədə olan bütün sərnişinlərin təhlükəsizliyinin təmin edildiyi bildirilib. Məsələ ilə bağlı araşdırmalar davam edir və müvafiq hüquqi tədbirlərin görüləcəyi gözlənilir.

Избранный
150
cebheinfo.az

1Источники