RU

Azərbaycanın məşhur milyarderinin dövlətə külli miqdarda borcu var

“Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə külli miqdarda borcu var.

NOCOMMENT.az xəbər verir ki, şirkətin hazırda 12 milyon manatdan çox vergi borcu yaranıb.

MMC-nin uzun müddətdir vergiləri ödəmir. Amma bunun səbəbi isə məlum deyil.

Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub. Dövlət Vergi Xidmətinin borcunu ödəmədiyinə görə “Svit Haus”u cəzalandırıb-cəzalandırmadığı məlum deyil.

Xatırladaq ki, “Svit Haus” MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Şirkət çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. “Svit Haus” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17790 manat olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.

Mətbuatda yayılan məlumatlara görə, şirkət “Bakı Toxucu Tikiş” ASC-nin sədri Cavanşir Xəlilova aiddir. Lakin “Svit Haus”un C.Xəlilovun qardaşı, Rusiyada yaşayan məşhur milyarder İsgəndər Xəlilova məxsus olduğu bildirilir. (yeni sabah)

Избранный
102
4
nocomment.az

5Источники