
Yanvarın 14-də ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırması xəbəri ildırım sürətilə yayıldı. Qısa müddətdən sonra ABŞ-nin Azərbaycandakı səfirliyi məsələyə münasibət bildirib və bu məlumatlarların həqiqəti əks etdirmədiyini deyib
“Sözügedən fasilə yalnız immiqrant vizalarına, yəni daimi yaşayış məqsədilə verilən vizalara aiddir. Turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə isə heç bir məhdudiyyət tətbiq olunmur”,- deyə açıqlamada qeyd olunub.
Eyni zamanda bildirilib ki, ABŞ-nin Bakıdakı Səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu əvvəlki qaydada davam edir.
BMTM-nin şöbə müdiri Mətin Məmmədli AzadMedia.az-a açıqlamasında qərarı şərh edib.
Belə təəssürat yaranırdı ki, ABŞ ümumilikdə bir çox ölkələrlə yanaşı, Azərbaycana da viza verilməsini ləğv edib. Halbuki burada söhbət daimi immiqrant vizaları ilə bağlı olub.
Şöbə müdirinin sözlərinə görə, belə qərarın qəbul edilməsi heç də gözlənilməz deyildi.
Son bir il ərzində Tramp Administrasiyası sərt miqrasiya siyasəti həyata keçirir. Hələ prezidentliyinin ilk həftəsində müəyyən qərarlar qəbul olundu və qərarların həyata keçməsi üçün addımlar atıldı. Müşahidə etdik ki, sərt miqrasiya siyasəti nəticəsində minlərlə qanunsuz miqrant ölkədən kənarlaşdırıldı. Təbii ki, həm ölkədən kənarlaşdırılma, həm də viza prosedurlarının çətinləşdirilməsi ABŞ siyasətinin vacib elementlərindən biri kimi qəbul olunur. Ona görə də qərar gözlənilməz deyildi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта