RU

"Şamaxinka"da nəqliyyatın hərəkətində dəyişiklik edilirVİDEO

Bakının Moskva prospektinin "Şamaxinka" adlanan ərazisində tıxaca görə dəyişiklik edilir.

Xezerxeber.az-ın məlumatına görə, əraziyə işıqfor obyektlərinin dirəkləri yerləşdirilib, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılıb, piyada keçidlərində əlçatanlığın artırılması üçün panduslar inşa olunub.

Bir neçə ay əvvəl nəqliyyat axınlarının nizamlanması və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Yerüstü Nəqliyyat Agentliyi tərəfindən "Şamaxinka"da hərəkətin təşkilində dəyişikliklər edilməsi istiqamətində layihə hazırlanmışdı. Təxminən bir neçə gündür layihə üzrə işlərin görülməsinə başlanılıb.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 20 Yanvar və Asif Məhərrəmov küçələrinin kəsişməsində nəqliyyat adacıqlarının təşkil edilməsilə sözügedən ərazidə birtərəfli hərəkət təmin olunacaq.

Qeyd edək ki, sözügedən yol sahəsində dayanacaq məntəqələrinin yerinin optimallaşdırılması da həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
61
xezerxeber.az

1Источники