RU

Dəmir yolunun bərpası ilə bağlı Rusiyanın qərarını gözləyirik Paşinyan

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Rusiyadan olan tərəfdaşlara müraciət edərək Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu hissələrində bərpa işlərinin həyata keçirilməsi məsələsi ilə bağlı qərar qəbul olunmasını xahiş edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ Rusiya ilə təmaslar zamanı, o cümlədən dövlət və hökumət başçıları səviyyəsində müzakirə edilib:

"Bəli, bu məsələ müzakirə olunub. Mən bunu Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etmişəm, həmçinin Ermənistan Baş nazirinin müavininin Rusiya hökuməti sədrinin müavini ilə bu barədə danışmaq imkanı olub. Biz Rusiyadan olan tərəfdaşlarımızdan cavab gözləyirik".

Bərpa işlərinin həyata keçirilməsinin müddətinə gəlincə, o vurğulayıb ki, Ermənistan və ABŞ arasında TRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə sazişi imzalandıqdan sonra ən yaxın zaman müvafiq müddət hesab olunur.

"Müvafiq müddət hazırli zamandır və biz bunun indi reallaşdırılmasını istəyirik. Proseslər gedir, bu barədə sizə məlumat veriləcək. Bu proseslər işlərin mümkün qədər tez həyata keçirilməsini nəzərdə tutur. Biz Rusiyadan olan tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul olunmasını xahiş edirik", - o əlavə edib.

Oxunub 2

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
82
2
avtosfer.az

3Источники