RU

Rumıniya 110 il əvvəl Rusiyaya göndərdiyi qızılları geri istəyir

Rumıniya 1-ci dünya müharibəsi zamanı Rusiyaya göndərdiyi qızıl və digər qiymətli əşyaların geri qaytarılmasını tələb edir. Metbuat.az xəbər verir ki, 1916-cı ildə 1-ci dünya müharibəsinə qoşulan Rumıniya paytaxt Buxarest də daxil olmaqla ərazisinin bir hissəsini itirib və milli bank da daxil olmaqla bir çox vacib qurumlarını Yaşiyə köçürüb. O dövrdə bütün ərazisini itirmək riski ilə üzləşən Rumıniya milli bankda saxlanılan qızıl ehtiyatlarını və digər qiymətli əşyalarını Rusiyaya göndərmək qərarına gəlib. 1916-1917-ci illərdə Rumıniya 91,5 ton qızıl və bəzi zərgərlik və mədəni əşyaları gəmi ilə Moskvaya daşıyıb.

Rumıniya müharibədən sonra qızılı geri qaytarmaq üçün cəhdlər edib, lakin məsələ günümüzə qədər davam edib.

Избранный
50
3
metbuat.az

4Источники