Bakı. Trend:
Qrenlandiya siyasi, iqtisadi və maliyyə dəstəyi üçün Avropaİttifaqına güvənə bilər, lakin təhlükəsizlik məsələlərinə görə NATOməsuliyyət daşıyır.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının sədriUrsula fon der Leyen Kiprə səfəri zamanı bildirib.
"Qrenlandiya bizə siyasi, iqtisadi və maliyyə baxımından etibaredə bilər və təhlükəsizlik məsələsinə gəldikdə isə, Arktikadatəhlükəsizlik məsələlərinin müzakirəsi, ilk növbədə, NATO üçün əsasməsələdir", - deyə o qeyd edib.
Avropa Komissiyasının rəhbəri həmçinin qeyd edib ki, Arktika vəregional təhlükəsizlik Aİ üçün əsas məsələlərdir. "Buna görə də,biz ABŞ da daxil olmaqla, müttəfiqlərimiz və tərəfdaşlarımızlabirlikdə Arktikada təhlükəsizliyi təmin etmək üçün çalışmağa davamedəcəyik", - deyə o bildirib.