RU

Timoşenko pulsuz qaldı, girovu ödəyə bilmədi

Ukraynanın keçmiş baş naziri, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko bank hesablarının bloklandığını və bu səbəbdən özü üçün müəyyən edilən 50 milyon qrivna məbləğində girovu ödəyə bilmədiyini bildirib.

Publika.az xəbər verir ki, b, bunu "Facebook"da yazıb.

“Bu, absurddur. Aşkar şəkildə sifarişli siyasi iş üzrə girovu ödəməyi planlaşdırırsan, amma bunu edə bilmirsən. Çünki məhkəmə qərarı çıxmamış hesabların artıq bloklanıb”, — deyə Timoşenko qeyd edib.

O, hesabların dondurulmasını “primitiv addımlar” adlandıraraq bunun onu “qaçmağa və ya mübarizəni dayandırmağa məcbur etməyəcəyini” vurğulayıb.

Xatırladaq ki, yanvarın 13-də Ukraynanın İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) və Milli Antikorrupsiya Bürosu (NABU) Timoşenkonun ofisində axtarışlar aparıb. Qurumlar Ali Radanın fraksiyalarından birinin rəhbərinin deputatlara qanun layihələrinə səs vermələri üçün rüşvət təklif etməsi faktının ifşa edildiyini açıqlayıb.

Избранный
84
9
publika.az

10Источники