Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi xarici işlər naziri Şaya Möhsün əl-Zindanini yeni baş nazir təyin edib.
APA xəbər verir ki, bu barədə 16 yanvar gecəsi Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.
"Doktor Şaya Möhsün əl-Zindani Nazirlər Şurasının sədri təyin edilsin və ona hökumət qurmaq tapşırılsın", - fərmanda bildirilir.
Sənədə əsasən, mövcud kabinet yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.